Türkiyədə İstanbul Valiliyi vətəndaşlara şəhərdə yağıntı və tufan gözlənildiyi barədə xəbərdarlıq edib.
Press.az BAKU.WS-ə istinadən xəbər verir ki, bölgədə havanın 5-10 dərəcə soyuyaraq mövsüm normalarından aşağı düşəcəyi gözlənilir.
Məlumata görə, soyuq hava kütləsini arabir şiddətlənən yağışlar da müşaiyət edəcək. Bundan başqa çərşənbə axşamı fırtına ola biləcəyi ehtimalı da var.