Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyanın Ukraynadakı canlı qüvvə itkiləri 170 mini ötdü

26 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 170 550 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 595 tank, 6 947 zirehli maşın, 2 631 artilleriya sistemi, 522 reaktiv yaylım atəşi sistemi, 277 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 2 216 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 486 avtomobil texnikası və avtosistern, 282 xüsusi texnikadan ibarətdir.
Press.az 

Oxşar xəbərlər
OTACI