Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Aİ və Almaniya daxili yanma mühərrikli avtomobillərin gələcəyi ilə bağlı razılığa gəliblər

25 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya və Avropa Birliyi daxili yanma mühərrikli avtomobillərin gələcəyi ilə bağlı mübahisəyə dair razılığa gəldiklərini elan ediblər.

Press.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Almaniya ilə elektrik yanacaqlarının gələcəkdə avtomobillərdə istifadəsi haqqında razılıq əldə olunub.

Almaniyanın nəqliyyat naziri Volker Vissinq öz növbəsində bildirib ki, 2035-ci ildən sonra da yalnız iqlimə uyğun olmayan yanacaq istifadə edən daxili yanma mühərrikli avtomobillərin yeni qeydiyyatı üçün yol açılıb:

“Tərəflər konkret prosessual addımlar barədə razılığa gəliblər və konkret vaxt cədvəli məcburi xarakter alıb. “iz prosesin 2024-cü ilin payızına qədər başa çatdırılmasını istəyirik. İndi avtomobillər üçün CO2 standartları ilə bağlı tənzimləməni mümkün qədər tez qəbul etməyə çalışacağıq”.

Avropa İttifaqına üzv dövlətlərin avtomobillər üçün yeni karbon emissiyası standartları ilə bağlı ilkin təklifi Almaniyanın etirazına görə rədd edilib. Aİ 2035-ci ildən etibarən bütün yeni yanacaq mühərrikli avtomobillərin satışını qadağan etmək istəyirdi.

Oxşar xəbərlər
OTACI