Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moldovanın dövlət dili dəyişdirilib

22 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moldova prezidenti Maya Sandu feysbuk səhifəsində ölkədə dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiq etdiyini bildirib.

Press.az-ın məlumatına görə, Maya Sandu bildirib ki, rumın dili cəmiyyətin konsolidasiyası üçün katalizator ola bilər və olmalıdır.

“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir”, - dövlət başçısı bildirib.

Sandu bu qərarın Moldova cəmiyyətinin birləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, bildirib ki, bəzi insanlar Moldova cəmiyyətini parçalamaq üçün uzun müddətdir ki, Moldova sakinlərinin rumın dilində deyil, moldova dilində danışdıqlarını vurğulayıblar.

Oxşar xəbərlər
OTACI