Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Stoltenberq: “NATO Ukraynaya 120 milyard dollarlıq yardım göstərib”

21 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO müttəfiqləri 2022-ci ildə Ukraynaya 120 milyard dollar dəyərində hərbi, humanitar və maliyyə yardımı göstərərək görünməmiş dəstək veriblər.

Bunu Alyansın baş katibi Yens Stoltenberq 2022-ci il üzrə İllik Hesabatını təqdim edərkən bildirib.

O, bəyan edib ki, müharibə əslində 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaq edib Ukraynanın şərqinə daxil olması ilə başlayıb və İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük təhlükəsizlik böhranına səbəb olub.

“Bu, təkcə Ukraynanın azad və müstəqil ölkə kimi mövcudluğuna deyil, bütün mövcud qaydalara əsaslanan beynəlxalq nizama birbaşa təhlükədir. Putin qalib gəlməməlidir. Əgər o qalib gəlsə, bu, aqressiyanın işlədiyini və güc tətbiq etməklə öz istədiyinə nail olmanın mümkünlüyünü sübut edəcək. Belə hal isə həm öz təhlükəsizliyimiz, həm də qlobal təhlükəsizlik üçün təhdid yaradacaq”, - deyə Stoltenberq bəyan edib.  //Press.az

Oxşar xəbərlər
OTACI