Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib

21 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib.

Press.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynaya dəstək üçün döyüş sursatlarının istehsalı hazırda alyans ölkələrinin prioritet hədəfləri sırasındadır.

Stoltenberq əlavə edib ki, NATO-nun 30 ölkəsindən yeddisi hazırda müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq məqsədinə nail olub.

İyulda Vilnüsdə keçiriləcək sammitdə onlar yeni öhdəliklər götürməli və bu rəqəmi ÜDM-in 2%-dən çox artırmalıdırlar.

NATO, həmçinin sualtı kabellər və boru kəmərləri də daxil olmaqla infrastrukturun mühafizəsini gücləndirir.

report.az

Oxşar xəbərlər
OTACI