Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin yer müşahidə peykini orbitə buraxdı

18 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çin kosmosa yüksək ayırdetməli optik yer müşahidə peykini “Gaofin-13 02” buraxıb.

Press.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki,  peyk Sıçuan əyalətindəki Sinxua Peyk Mərkəzindən “Long March 3D” daşıyıcı raketi ilə buraxılıb.

Bildirilib ki, peyk buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqedə qərarlaşıb.

Peykin torpaq ehtiyatlarının izlənməsi, məhsulun proqnozlaşdırılması, ətraf mühitin idarə edilməsi, meteoroloji proqnozlaşdırma və erkən xəbərdarlıq, habelə fəlakətlərin monitorinqi və qarşısının alınması sahələrində istifadəsi nəzərdə tutulub.

Buraxılış “Long March” raketləri ilə 468-ci uğurlu nəqliyyat missiyası olub.

Oxşar xəbərlər
OTACI