Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə zəlzələdən sonra sel fəlakəti: Çox sayda ölən və itkin düşənlər var

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dəhşətli dağıntılara səbəb olan zəlzələlərin ardından Türkiyənin Adıyaman şəhərində sel suları 1 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub. Tut rayonunda onları içində olduqları konteynerlə birgə sel aparıb. Əraziyə çox sayda xilasedicilər cəlb olunub. Axtarış-xilasetmə işləri aparılır.

Şanlıurfada isə aralarında xilasedicilər də olan 6 nəfəri sel aparıb. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

“Su altında qalan insanlar var. Onların tapılması üçün çalışırıq. Xilasedicilərin qayığı çevrildi, bir nəfər xilas oldu, o birilərindən isə xəbər ala bilmirik”, - deyə Şanlıurfanın bələdiyyə sədri Zeynep Abidin Beyazgül bildirib.

İki şəhərdə ümumilikdə beş nəfərin həlak olduğu, beş nəfərin itkin düşdüyü qeyd edilir.

12:18

Türkiyənin Şanlıurfa şəhərində dünəndən təsirli olan leysan selə səbəb olub.

Bir çox ev və iş yeri su altında qalıb. Gölə dönən yollarda su maşınları yuyub aparıb. İnsanların sel suları ilə sürükləndiyi anlar kamera tərəfindən lentə alınıb.

Leysan səbəbindən martın 15-də Şanlıurfa vilayətinin bütün məktəblərində təhsil dayandırılıb.

Oxşar xəbərlər
OTACI