Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda ilaxır çərşənbə tədbirlərində 383 nəfər yaralanıb, 16 nəfər ölüb

14 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ilaxır çərşənbə münasibəti ilə keçirilən tədbirlərdə 383 nəfər yaralanıb, 16 nəfər ölüb.

Press.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İranın fövqəladə hallar təşkilatının rəhbəri Cəfər Miadfər bildirib.

Onun sözlərinə görə, yaralılar hazırda ölkənin 4 hospitalına yerləşdirilib:

“Təəssüf ki, 58 amputasiya əməliyyatı keçirilib, 101 göz xəsarəti alan var. Xəsarət alanlara görə ən yüksək göstərici Tehranda qeydə alınıb”.

O bildirib ki, Tehranda 97 nəfər yaralanıb, 7 nəfər isə ölüb.

Tehranın Yanğınsöndürmə İdarəsinin baş direktoru Qədrətullah Məhəmmədinin sözlərinə görə, yanğınlara əsasən qaz doldurulmuş "arzu şarları"nın partlaması nəticəsində baş verir:

“Onlardan istifadə son illər artıb. Balonların uçarkən enəcəyi yer və mövqeləri məlum olmur. Balonlar bəzən ağaclara, eyvanlara və binaların damlarına düşərək yanğına səbəb olur”.

Baş direktor əhalidən həmin şarlardan istifadə etməmələrini xahiş edib:

“Bu şarlar dəniz, su hövzəsi yaxınlığında və təhlükəsiz mühitdə istifadə üçün nəzərdə tutulub".

Oxşar xəbərlər
OTACI