Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstan parlamentinin qarşısında Avropa İttifaqının bayrağı yandırılıb - YENİLƏNİB

14 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının namayəndələri Avropa İttifaqının (Aİ) bayrağını yandırıblar.

Press.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bayraq parlament binasının önündə yandırılıb.

Qeyd edək ki, Aİ bayrağının yandırılmasına görə 380 dollar cərimə nəzərdə tutulub.

13:45

Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb.

“Report” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiyalar televiziya kanalları ilə yayımlanmır.

Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar.

Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər.

Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma baş verib. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb, həmçinin barrikadalar qurub.

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.

 

Oxşar xəbərlər
OTACI