Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin lideri Zelenski ilə danışmaq İSTƏYİR

13 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çin lideri Si Cinpin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır.

Press.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, görüşün onlayn formatda keçirilməsi təklif olunub.

Qeyd edək ki, Çin liderinin gələn həftə Rusiyaya səfər edəcəyi və Prezident Vladimir Putinlə görüşəcəyi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin həlli ilə əlaqədar 12 maddədən ibarət təklif irəli sürüb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Sənəd “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.

Oxşar xəbərlər
OTACI