Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Batumi bulvarında bədbəxt hadisə: Batut uçdu, ölən var

13 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Batumidə bədbəxt hadisə baş verib.

Güclü külək attraksionda batutu uçurub. Nəticədə batutun üzərindəki uşaqlardan biri ölüb.

Hadisə Batumi bulvarında, Ardaqani gölünün yaxınlığında baş verib. Qəfil qalxan güclü külək batutu çevirib və təxminən 150 metr məsafəyə qədər uçurub.

Batutda olan 8 yaşlı uşaq aldığı xəsarətlərdən xəstəxanaya çatdırılana qədər həyatını itirib, digər 3 yaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı “Təhlükəsizlik qaydalarını pozma” maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: “Sputnik” Gürcüstan

Oxşar xəbərlər
OTACI