Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident Hatay sakinlərinə söz verdi

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Hatayı yalnız buraxmayacağıq".

Press.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün 3 dəfədir ki, zəlzələ bölgəsinə gəlirik. Yarım milyondan çox insan burada vəzifəsinin başındadır. Əsgəri, jandarmı, digər qurumları - hamısı sahədədir. Hatay aeroportunu 1 həftəyə düzəltdik. Yeni binaları tikməyə davam edirik. 183 min mənzil və 15 min kənd evi inşa etməyi planlaşdırırıq. 426 min çadır qurmuşuq, 100 min konteyneri də qurmağı nəzərdə tutmuşuq. Hər dəfə gəlib şəxsən görülən işlərə nəzarət edəcəyik", - deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində yerləşən Hatay vilayətinə gedib.

Oxşar xəbərlər
OTACI