Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı AÇIQLANDI

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan və ya tikinti qaydalarına zidd dəyişikliklərin aşkarlandığı binalarla bağlı aparılan araşdırmalarda 99-u podratçı, 149 məsul şəxs, 13 bina sahibi, 18 binada dəyişiklik edən 279 şübhəli şəxs həbs edilib.

Press.az BAKU.WS-ə istinadən xəbər verir ki, fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan və ya qanun pozuntusuna yol verildiyi müəyyən edilən binalarla bağlı Baş prokurorluqlar tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti müəyyən edilib.

İstintaqlar çərçivəsində 77-si podratçı, 217-si binaya cavabdeh, 45-i binaların sahibi, 31-i binada dəyişiklik edən 370 şübhəli şəxs barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Eyni zamanda, 250 şübhəli barəsində axtarış elan edilib. Məlumata görə, 95 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı 22 şübhəlinin xaricdə olduğu müəyyən edilib, 103 şübhəli isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Oxşar xəbərlər
OTACI