Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polşa Avropanın ən böyük ordusunu yaradır

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polşa Avropanın ən böyük quru ordusunu qurur.

Press.az xəbər verir ki,  bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Bildirilir ki, Polşa hakimiyyəti öz ÜDM-nin 4%-ni müdafiəyə xərcləmək niyyətindədir ki, bu da NATO standartlarından iki dəfə çoxdur. Bu göstərici ilə Polşa adambaşına düşən müdafiə xərclərinə görə Alyansda lider olacaq.

Bundan əlavə, Polşanın modernləşdirmə proqramına Cənubi Koreyadan 1000 tank, ABŞ-dan 250 tank, 600 özüyeriyən haubitsa, 18 HIMARS, 288 reaktiv yaylım atəş sistemi və Cənubi Koreyadan 48 FA-50 döyüş təyyarəsi alınması daxildir.

"Polşa üçün təhlükəsizlik səviyyəsini mümkün qədər tez artırmaq son dərəcə vacibdir. Biz bunu yalnız güclü ordu yaratmaqla edə bilərik. İstənilən potensial təcavüzkarı hücumdan çəkindirəcək qədər güclü ordu", - müdafiə naziri Mariuş Blaşçak deyib.

Nəşrin məlumatına görə, Polşa həmçinin ordunun sayını iki dəfə - 300 min nəfərə qədər artırmaq niyyətindədir.

Oxşar xəbərlər
OTACI