Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Macarıstanda 42 avtomobilin iştirakı ilə yol qəzası olub, çox sayda yaralı var

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Macarıstanın paytaxtı Budapeştdən 20 kilometr qərbdə M1 şossesində 5-i yük maşını və 37-si minik avtomobili olmaqla 42 nəqliyyat vasitəsinin iştirakı ilə böyük qəza baş verib.

Press.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Macarıstan paytaxtının Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, qəzadan sonra 19 avtomobil alışıb. Eyni zamanda, qəza nəticəsində 39 nəfər xəsarət alıb.

"29-u böyük, 10-u uşaq olmaqla 39 nəfər xəstəxanaya yerləşdirilib. Bunlardan 10 böyük ağır, 19-u yüngül, 4 uşaq isə ağır, 6-sı yüngül xəsarət alıb", - deyə məlumatda bildirilir.

Polis hesab edir ki, qəzaya səbəb güclü toz qaldıran, görmə qabiliyyətini xeyli pisləşdirən və yolda hərəkəti çətinləşdirən güclü külək olub.

Oxşar xəbərlər
OTACI