Gürcüstan ölkənin müdafiə qabiliyyətini artırmaq üçün xarici ölkələrdən xeyli silah alıb.
Press.az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.
Nazir qeyd edib ki, Gürcüstan ölkənin müdafiə qabiliyyətinin artırılması və silahlanma istiqamətində çox uğurlu addımlar atıb:
"Cari ildə bununla əlaqədar çox vacib müqavilələr imzalanıb. Artıq silah alınması ilə bağlı İspaniya, Polşa, İsveç şirkətləri ilə müqavilələr imzalanıb. Bu işlər bundan sonra da davam etdiriləcək".