Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Altı yaşında “Oskar“ alan uşağın taleyi necə oldu? - FOTO

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

6 yaşlı Şirli Templ 1935-ci ildə "Ən yaxşı uşaq oyunçu" nominasiyasında "Oskar" mükafatı alarkən artıq tanınmış sima idi.

Press.az lent.az-a istinadən dünyanın ən azyaşlı "Oskar" mükafatçı barədə xəbər verir.

O, mükafat alana qədər 10-dan çox filmdə dəcəl, şirin qız rollarını canlandırmışdı.

1928-ci ildə Amerikada doğulmuş Şirlinin həyatında 30-cu illər xüsusi əhəmiyyət daşıyıb, o yüksək qonorarlar alıb. Amerika Kino sənəti Akademiyası onu 100 illiyin ən parlaq ulduzları siyahısında 18-ci yerdə qeyd edir. 

Aktyor karyerasna son verdikdən sonra,  Şirli Templ siyasətlə məşğul olmağa başlayıb və bu sahədə də uğur qazanıb. O görkəmli amerikalı diplomat kimi tanınırdı və bir çox ölkələrə səfir kimi  təyin edilmişdi.

Şirli Templ öz karyerasına 1960-cı illərdə son verib.  Şirli Templ 2014-cü ildə vəfat edib.

Oxşar xəbərlər
OTACI