Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Danimarka Müdafiə Nazirliyi: “Ukrayna ilk “Leopard” tanklarını mayda alacaq”

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Danimarka, Almaniya və Niderland Ukrayna hökumətinə ilk “Leopard” tanklarını mayın əvvəlində verəcək.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Troels Lund Poulsen bildirib.

“2023-cü il ərzində 80-dən 90-a qədər tank tədarük edə biləcəyik. Onlar davamlı olaraq çatdırılacaq, çünki tanklar Ukrayna əsgərləri ilə təlim fəaliyyətlərinə daxil edilməlidir. Buna görə də onların böyük partiyalarla mayın əvvəlindən ilin sonuna qədər çatdırılacağını düşünürük”, - siyasətçi deyib.

Qeyd edək ki, fevralda Almaniya hökuməti Ukraynaya 178 ədəd “Leopard 1 A5” tankının çatdırılacağını təsdiqləyib.

Oxşar xəbərlər
OTACI