Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN: "İndiyədək Rusiya Ukraynada 60 mindən çox infrastruktur obyektini məhv edib"

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Müharibə başlayandan indiyədək Ukraynada 60 mindən çox infrastruktur obyekti Rusiyanın raket zərbələri nəticəsində məhv edilib”.

Press.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Nazir həmçinin bildirib ki, Rusiya hərbçilərinin cinayət əməlləri ilə bağlı 66 mindən çox cinayət işi başlanılıb: “Onların əksəriyyəti, təxminən 80 faizi müharibə qanunlarının pozulması ilə bağlıdır. Müstəntiqlərimiz həmin cinayətləri araşdırır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-dən başlayıb.

Oxşar xəbərlər
OTACI