Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Belçika hökumət telefonlarında “TikTok”a qadağa qoydu

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belçika Milli Təhlükəsizlik Şurası Çinin tətbiqi olan “TikTok”un dövlət işçilərinin iş telefonlarında istifadəsinə qadağan qoyub.

“Biz sadəlövh ola bilmərik: “TikTok” Çin şirkətidir və indi Çin kəşfiyyat agentlikləri ilə əməkdaşlıq etməlidir”, - deyə Belçika Baş naziri Aleksandr de Kroo bildirib.

Belçikanın bu qadağası ölkənin kəşfiyyat xidmətləri tərəfindən aparılan risk təhlili və milli kibertəhlükəsizlik mərkəzinin tövsiyələrinə əsaslanır.

Qadağa altı ay müddətinə qüvvədə olacaq, bundan sonra Belçika hakimiyyəti öz tövsiyələrini yenidən nəzərdən keçirəcək.

Mənbə: Yevropeyskaya pravda // press.az 

Oxşar xəbərlər
OTACI