Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin yeni hücumlara başlayır - Stoltenberq

08 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO Ukraynanı Rusiyaya qarşı müharibədə qələbə qazanana kimi dəstəkləməyə davam edəcək.

Press.az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Albaniya Prezidenti Bayram Beqay ilə görüşdə bildirib.

"Biz indicə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etdik. Prezident Putin yeni hücumlara başlayır və raket hücumlarını davam etdirir. Bizim cavabımız Ukraynanı qələbə üçün lazım olan hər şeylə təmin etməyə davam etməkdir. Müttəfiqlər misilsiz dəstəyini artırırlar və mən Albaniyanın bu cür öhdəliyini alqışlayıram. Biz yardımımızı lazım olan qədər davam etdirməliyik", - Stoltenberq qeyd edib.

Oxşar xəbərlər
OTACI