Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bahalaşan meyvəyə bəzi vətəndaşlar çıxış yolu tapdılar

08 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyada rekord qiymət artımı fonunda tərəvəz və meyvələrin birbaşa tarlalardan kütləvi şəkildə oğurluqlarına başlanıb. Qarət sənaye miqyasında - eyni anda bir neçə ton olduğu üçün fermerlər gecələr torpaqlarında gözətçilik etməyə məcbur olurlar.

Press.az oxu.az-a istinadən xəbər verir ki, cəmi bir neçə gün ərzində Əndəlüsdə təkcə Huelva əyalətində əksəriyyəti çiyələk olmaqla 3 tondan çox meyvə oğurlanıb. Lakin real itkilərin bundan qat-qat çox ola biləcəyi ehtimal edilir, fermerlər isə asudə vaxtları olmadıqları üçün, həmçinin vəziyyətin dəyişəcəyi ümidi ilə bu barədə danışmırlar.

İspaniya Kiçik Fermerlər İttifaqının baş katibi Manuel Piedra bildirib ki, meyvə və tərəvəzlərin oğurlanması ilə yanaşı, tapdalanmış tinglər və ya zədələnmiş suvarma sistemləri şəklində də ciddi ziyan qeydə alınıb.

Oxşar xəbərlər
OTACI