Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kosovada Türkiyəyə görə milli matəm elan edildi

07 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kosovodan Türkiyəyə əhəmiyyətli dəstək verib.

Press.az xəbər verir ki, Kosovo prezidenti Vjosa Osmani episentri Kahramanmaraş olan zəlzələlərdən sonra sabah bir günlük milli matəm elan edib.

Osmani sosial media hesabından verdiyi açıqlamada, "Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqının ağrısı bizim də ağrımızdır. Ona görə də konstitusiya səlahiyyətlərimə əsaslanaraq, 8 fevral çərşənbə günü Kosovo Respublikasında milli matəm günü elan edilib”.

Dünən Osmaninin göstərişi ilə Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) 30 nəfərlik əsgəri Adem Yaşari hava limanında Türkiyəyə doğru hərəkət edib.

Oxşar xəbərlər
OTACI