Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna üçün PUA-lar istehsal edən zavodda YANĞIN BAŞLADI

07 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Latviyada pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Edge Autonomy" şirkətinin binalarından birində yanğın baş verib.

Press.az yerli KİV-ə istinadla xəbər verir ki, şirkətin mətbuat xidməti yanğının həqiqətən də istehsalat müəssisəsində qeydə alındığını təsdiqləyib.

Zərərli maddələrlə zəhərlənmənin qarşısını almaq üçün yerli sakinlərdən obyektə yaxınlaşmamaları xahiş olunur.

"Edge Autonomy" Latviyanın aparıcı PUA istehsalçılarından biridir. Şirkətin dronları ordunun ehtiyacları üçün Ukraynaya da verilirdi.

Məlumata görə, yanğının söndürülməsinə müvafiq xidmətin onlarla əməkdaşı, doqquz tanker, həmçinin Riqa hava limanının yanğınsöndürmə briqadası öz texnikası ilə cəlb olunub.

Oxşar xəbərlər
OTACI