Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Papadan Türkiyədəki zəlzələyə REAKSİYA

06 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiyədə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatına görə kədərləndiyini bildirib.

Press.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Papa Fransisk adından Türkiyədəki apostol nunsisi arxiyepiskop Marek Solçinskiyə məktub ünvanlayıb.

Roma Papası məktubunda zəlzələ nəticəsində bütün zərər çəkənlərə mənəvi yaxınlığını ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Papa Fransisk yaralıların qayğısına qalanlara və davam edən xilasetmə işlərində mətanət və əzmlə iştirak edənlərə dəstəyini ifadə edib.

Oxşar xəbərlər
OTACI