Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“ABŞ zəlzələ ilə əlaqədar Türkiyəyə yardım etməyə başlayıb” - Blinken

06 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ administrasiyası Türkiyədə baş verən və qonşu Suriyaya da ciddi təsir edən zəlzələ ilə bağlı yardım göstərməyə başlayıb.

Press.az-ın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir. 

“Türkiyəyə ilkin yardım səylərimiz həyata keçirilir, Suriyada ABŞ-ın dəstəklədiyi humanitar təşkilatlar isə ölkə daxilində zəlzələnin fəsadlarına reaksiya verir. Önümüzdəki günlərdə, həftələrdə, aylarda zəlzələdən zərər çəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, - o deyib.

Dövlət katibi ABŞ-ın hərtərəfli cavab imkanlarını qiymətləndirdiyini söyləyib. E.Blinken qeyd edib ki, regionun nəyə ehtiyacı olduğunu müəyyən etmək üçün köməkçilərinə türkiyəli müttəfiqlər, eləcə də humanitar təşkilatları təmsil edən tərəfdaşlarla daimi əlaqədə qalmağı tapşırıb.

Oxşar xəbərlər
OTACI