Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə zəlzələdə ölənlərin sayı 1651 nəfərə çatdı - YENİLƏNİB

06 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.

Press.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.

19:40

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb. 

Press.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb. 

O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb. 

***19:00

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 1498-ə yüksəlib. Zəlzələlərdə 8 min 533 nəfər xəsarət alıb, 2 min 834 bina dağılıb.

Press.az xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələdən sonraTürkiyəni sarsıdan zəlzələdən 9 saat sonra bu dəfə eyni bölgədə 7,6 bal gücündə daha bir zəlzələ baş verib.

Türkiyədəki təbii fəlakətlə əlaqədar beynəlxalq yardım üçün NATO və Aİ-dən başqa 45 ölkə yardım təklif edib. 

Oxşar xəbərlər
OTACI