Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kanada dörd "Leopard 2" tankından birincisini Ukraynaya göndərib

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kiyevə vəd edilən dörd "Leopard 2" tankından birincisi Kanadadan Ukraynaya göndərilib.

Press.az Trend-ə istinadən bildirir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand deyib.

"Döyüş tankları Ukraynanın köməyinə gedir. İlk Kanada "Leopard 2" artıq yoldadır", - deyə nazir öz "Twitter" səhifəsində yazıb.

A.Anand göyərtəsində avadanlıq olan Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Halifaksdan (Yeni Şotlandiya vilayəti) havaya qalxdığını açıqlayıb.

Oxşar xəbərlər
OTACI