Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ Çinin hava şarını vurdu - VİDEO

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ hava məkanına daxil olan Çinin hava şarını vurub.

Press.az "Associated Press"ə istinadən xəbər verir ki, hazırda sudan tullantıların çıxarılması üzrə əməliyyat aparılır.

Eyni zamanda, ABŞ casus şarı səbəindən Şimali Karolina və Cənubi Karolina üzərində hava məkanının bir hissəsini bağlayıb.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, ABŞ hakimiyyəti bunun milli təhlükəsizliyin təmin edilməsi istiqamətində bir addım kimi qiymətləndirib.

Hələlik başqa təfərrüatlar verilməyib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi aşkar edilən Çin müşahidə şarını təhlükəli hesab etmirdi.

Pentaqon onun sonrakı hərəkətini izlədiyini və hadisələrin gedişatına reaksiya vermək üçün müxtəlif variantları nəzərdən keçirdiyini bildirmişdi.

 

Oxşar xəbərlər
OTACI