Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda zəlzələdə yaralananların sayı 1000-ə yaxınlaşır - YENİLƏNDİ

29 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfəri ötüb.

Press.az xəbər verir ki, bu barədə “Tasnimnews” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayının artması istisna olunmur.

11:27

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.

Press.az xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

9:42

Xəbər verdiyimiz kimi, İranın Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.

Press.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 580 nəfər yaralanıb.

Bildirilib ki, zəlzələdən sonra dəymiş ziyanın miqdarını, yardım və xidmətlərin göstərilməsi prosesini dəqiq qiymətləndirmək üçün zəlzələdən zərər çəkmiş ərazilərə qiymətləndirmə qrupları göndərilib.

Oxşar xəbərlər
OTACI