Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

114 milyon dollarlıq narkotik ələ keçirildi

28 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniya polisi Kanar adaları yaxınlığında gəmidən 4.5 ton narkotik maddə müsadirə edib.

Press.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, təxmini dəyəri 114 milyon dollar olan kokain maddəsi "Orion V" adlı gəmidə aşkar edilib.

Kolumbiyadan yola çıxan və Toqo bayrağı daşıyan gəminin ələ keçirilməsi əməliyyatı bu həftənin əvvəlində baş tutub.

Əməliyyatda Toqo polisi və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi də iştirak edib. Gəmidə olan 28 ekipaj üzvünün hamısı həbs edilib.

Oxşar xəbərlər
OTACI