Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qonşu ölkədə gəlin toy ərəfəsində bəydən yarım milyon alaraq qaçdı

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyalı hərbçi ondan külli miqdarda pul aldıqdan sonra əlaqəni kəsən nişanlısının yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Press.az xəbər verir ki, hadisə Rusiyanın Murmansk vilayətində baş verib.

26 yaşlı hərbçi 25 yaşlı sevgilisi ilə toya hazırlaşırmış. Gəncin sözlərinə görə, dekabr ayında gəlin ondan toy bazarlığı üçün pul köçürməsini istəyib. O, mobil bank vasitəsilə 500 min rubl göndərərək onun tələbini yerinə yetirib.

Yanvarın 14-ə planlaşdırılan toya az qalmış gəlin yoxa çıxıb. Bəy hüquq-mühafizə orqanlarına bildirib ki, sevgilisi pul köçürən kimi onunla əlaqəni kəsib. Sonradan məlum olub ki, qız Yeni il bayramı öncəsi şəhəri tərk edib və hazırda onun harada olduğu məlum deyil.

Oxşar xəbərlər
OTACI