Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bütün bunlar cavabsız qalmayacaq – İRAN

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Aİ və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi son sanksiyalarla bağlı açıqlama verib.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, Kənani, Avropa İttifaqı və Böyük Britaniyanın bəzi İranlı şəxslərə və qurumlara qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcəyini açıqlayıb.

Aİ və Böyük Britaniyanın sanksiyalarını pislədiklərini qeyd edən Kənani, "Avropa Birliyi və Britaniya rejiminin bu hərəkəti onların İranın nüfuzu ilə bağlı çaşqınlıqlarının, eləcə də İran həqiqətlərini tam şəkildə anlamaqda zehni acizliklərinin əlamətidir. İran bu cür uğursuz siyasətlərə cavab vermək hüququnu özündə saxlayır və tezliklə Avropa İttifaqı və Böyük Britaniyada insan haqlarını pozanlara və terrorizmi dəstəkləyənlərə qarşı sanksiyaların yeni siyahısını açıqlayacaq" – deyib.

Oxşar xəbərlər
OTACI