Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Ukrayna cəbhə xəttinə 10 minlərlə yeni hərbçi gətirdi

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi Rusiyanın Ukraynanın şərqinə on minlərlə yeni əsgər gətirdiyini, lakin cəbhə xəttinə gətirilən bu yeni qoşunların da təchizat və təlim baxımından qeyri-kafi olduğunu bildirib.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyində (Pentaqon) yüksək rütbəli ABŞ hərbi rəsmisi bildirib ki, Rusiya Bəhmut qəsəbəsi yaxınlığındakı əraziləri də almağa çalışır və bölgədə qarşıdurmalar davam edir.

Rusiyanın böyük itki verdiyini qeyd edən rəsmi rus ordusunun həftəsonu cəbhə xəttinə on minlərlə əlavə əsgər gətirdiyini bildirib:

“Qoşunların gücləndirilməsi və itirilmişlərin əvəzlənməsi baxımından bu rəqəm kifayət qədər yüksək olsa da, bu qüvvələrin hazırlığında ciddi irəliləyiş yoxdur. Təlim və avadanlıq baxımından zəif, tələsik döyüşə göndərildi”.

Oxşar xəbərlər
OTACI