Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveçdən sonra daha bir ölkədə Quranı yandırdılar

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçdən sonra Hollandiyada da Quran ilə bağlı qalmaqal yaşanıb.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, Hollandiyadakı “Pegida” təşkilatının lideri Edvin Vaqensveld əvvəlcə Qurani-Kərimi cırıb, sonra isə yandırıb. O, dünən Nümayəndələr Palatasının qarşısında əlində Quran nümayiş etdirib. Vagensveld Hollandiyanın diplomatik mərkəzi kimi tanınan Haaqada baş verən qalmaqallı şounu sosial media hesabında paylaşıb. Kadrlarda Vaqensveldin Quranın vərəqlərini cırması, yandırması və kitabın üzərinə ayaq basması əks olunub.

Maraqlıdır ki, daha əvvəl iki dəfə eyni əməli törətdikdən sonra saxlanılan Vaqensveldə bu dəfə müdaxilə edilməyib.

Oxşar xəbərlər
OTACI