Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: "14 may seçkilər üçün ən uyğun tarixdir"

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Türkiyədə prezident və parlament seçkiləri üçün ən uyğun tarix mayın 14-nü hesab edirəm".

Press.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

"Məlum olduğu kimi, prezident və parlament seçkilərinin normal vaxtı iyunun 18-dir. Lakin biz bu tarixi yeniləməyə ehtiyac duyduq. Çünki bu tarix Qurban bayramı ilə üst-üstə düşür. Parlamentimiz lazımi səs çoxluğunu toplamasa, mən prezident kimi qərar qəbul edəcəyəm", - Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, bu seçki prezident və deputatların birlikdə seçilməsinə imkan verən ikinci seçki olacaq.

Oxşar xəbərlər
OTACI