Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə hökumətinin iclasında İsveçə qarşı tədbirlər müzakirəyə çıxarılacaq

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında yanvarın 21-də Stokholmda Quranın yandırılmasından sonra İsveçə qarşı planlaşdırılan diplomatik cavab tədbirləri nəzərdən keçiriləcək.

Press.az "report"a istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclasında xarici siyasət məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.

Toplantıda Ukrayna böhranının nizamlanması məsələsinə də toxunulacaq.

Bundan əlavə, hökumətin iclasında əsas daxili-siyasi məsələ Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin vaxtı müzakirəyə çıxarılacaq.

Oxşar xəbərlər
OTACI