Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Makron Ukraynaya "Leclerc" tanklarının göndərilməsini istisna etməyib

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kiyevə "AMX-56 Leclerc" əsas döyüş tanklarının tədarükünü istisna edilmir, lakin qərar bir sıra şərtlər əsasında veriləcək.

Press.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransı zamanı deyib.

""Leclerc" tanklarına gəlincə, mən müdafiə nazirindən xahiş etdim ki, bu məsələyə baxsın. Heç bir şey istisna edilmir", - deyə E.Makron bildirib.

Lakin o qeyd edib ki, üç meyar var ki, onlar əsasında qərar veriləcək. Birincisi, onun fikrincə, "bu, eskalasiyaya gətirib çıxarmamalıdır". Bundan əlavə, bu, Ukraynaya "real və effektiv dəstək olmalıdır". Üçüncüsü, Е.Makronun qeyd etdiyi kimi, bu addım "öz müdafiə imkanlarımızı" zəiflətməməlidir.

Oxşar xəbərlər
OTACI