Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mərakeş Ukraynaya tanklar göndərdi

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərakeş Krallığı Ukraynaya Çexiyada təkmilləşdirilən qeyri-müəyyən sayda T-72B tanklarını təhvil verib.

Press.az axar.az-a istinadən bildirir ki, bu barədə "Menadefense" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, bir həftə əvvəl Çexiya Ukraynaya iyirmiyə yaxın T-72 göndərib, onlardan bəzilərinin ölkənin Baş naziri Petr Fialanın tanklara imza qoyduğu zaman fotosu çəkilib.

Vurğulanır ki, Krallığın bir neçə modifikasiyalı 300-ə yaxın T-72 tankının olduğu məlumdur. Onlar 1999 və 2000-ci illərdə Belarusdan iki partiyada alınıb. Jurnalistlərin sözlərinə görə, Mərakeş 2022-ci ilin aprel ayının sonunda Ramşteyn sammiti zamanı bu tankların Ukraynaya təhvil verilməsinə razılıq verib.

Ehtimal olunur ki, Mərakeş Ukraynaya verilən T-72-lərin müqabilində "Abrams" tankları ala bilər.

Oxşar xəbərlər
OTACI