Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransız ordusu Burkina Fasodan qovulur

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Burkina-Faso hökumətinin yanvarın 22-də qəbul etdiyi qərara görə, Fransa silahlı qüvvələri ölkə ərazisini bir ay ərzində tərk etməyə borcludur.

Press.az musavat.com-a istinadən bildirir ki,Burkina-Faso ərazisində Fransa hərbi kontingentinin mövcudluğu ilə bağlı razılaşma hökumət tərəfindən pislənilib.

"Hökumət 2018-ci ildən Fransa silahlı qüvvələrinin mövcudluğunun tənzimləndiyi sazişi denonsasiya edib. Sazişin şərtlərinə əsasən, bu, Fransa silahlı qüvvələrinə Burkina-Faso ərazisini tərk etmək üçün bir ay verir", - deyə hökumətin bəyanatında deyilir.

Qeyd edək ki, bir neçə aydır ki, ölkədə Fransa qoşunlarının çıxarılması tələbi ilə müntəzəm olaraq nümayişlər keçirilir.

Oxşar xəbərlər
OTACI