Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qırğızıstan Prezidenti xalqından üzr istədi

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkədə işıqların kəsilməsinə və bununla bağlı yaranan narahatlığa görə Qırğızıstan xalqından üzr istəyib.

Sadır Japarov qeyd edib ki, ölkə ərazisində müşayiət olunan şaxtalı hava şəraiti ilə əlaqədar elektrik enerjisinin sərfiyyatı artıb, avadanlıqlar yüklənib.

"Avadanlıqları qoruyub saxlamaq və qəzaların qarşısını almaq üçün elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb. Allahın köməyi ilə qışdan itkilərsiz çıxacağıq. Baş vermiş narahatlıqla əlaqədar əhalidən üzr istəyirik” - deyə Qırğız Respublikasının Prezidenti vurğulayıb.

/oxu.az

Oxşar xəbərlər
OTACI