Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“The Guardian”: “Tezliklə ən parlaq ulduzlar belə Yerin gecə səmasında görünməz olacaq”

21 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Səmada adi gözlə görünən ulduzların sayı sürətlə azalır. Səbəb isə kosmosda deyil”.

Bu barədə beynəlxalq alimlər qrupunun apardığı yeni araşdırmada bildirilib.

Araşdırma nəticəsində məlum olub ki, gecə səmasında adi gözlə görünən ulduzların sayı sürətlə azalır. Bu mənfi tendensiya davam edərsə, ən parlaq ulduzlar belə tezliklə görünməz olacaq.

Yeni araşdırmaya görə, buna səbəb güclü işıq çirklənməsidir. Alimlərin fikrincə, bu növ çirklənmə artmaqda davam edərsə, o zaman 18 ildən sonra Yerdən adi gözlə orta hesabla 250 parlaq ulduzu deyil, cəmi 100-nü görmək mümkün olacaq.

Almaniyanın Yerin Tədqiqi Mərkəzindən Kristofer Kibin sözlərinə görə, ən pisi odur ki, yaxın gələcəkdə, ümumiyyətlə, hər hansı ulduzu görmək çətin olacaq. Yəni ən parlaq ulduzlar belə bizim görmə sahəmizdən itəcək.

Bunun əsas səbəbi isə planetin atmosferinin həddindən artıq işıq çirklənməsidir. Bu cür çirklənmə xüsusilə dünyanın böyük şəhərlərində həddindən artıq çox süni işıq mənbələrinin olması nəticəsində yaranır. Yəni şəhərlərin işıqlandırılması işığın atmosferin aşağı təbəqələrinə səpələnməsinə və bununla da ulduzların görünməzliyinə səbəb olur.

Oxşar xəbərlər
OTACI