Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyanın yeni hücumlarına qarşı Ukraynaya daha çox dəstək verilməlidir - NATO

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyadakı ABŞ-ın Ramşteyn Hava Bazasında Ukraynaya dəstəyin müzakirə ediləcəyi Ukrayna Müdafiə Əlaqə Qrupu Toplantısından sonra açıqlama verib

Press.az xəbər verir ki, o, Rusiyanın yeni hücumlara hazırlaşdığını, ona görə də Ukraynaya dəstəyin təcili olaraq artırılmasının vacibliyini vurğulayıb.

Ukraynanın özünümüdafiəsi üçün açıqlanan yeni döyüş imkanları paketini müsbət qarşıladığını ifadə edən Stoltenberq Rusiya yeni hücumlara hazırlaşır. Bu səbəbdən Ukraynanın qalib gəlməsi və işğal olunmuş torpaqlarını geri alması üçün dəstəyin artırılması təcilidir deyib.

Stoltenberq Rusiyanın sülhə hazırlaşmaq əlaməti göstərmədiyini, əksinə, uzunmüddətli müharibəyə hazırlaşdığını bildirib:

"Bu səbəbdən Ukraynaya dəstəyin artırılmasının vacib olduğunu vurğulayan Stoltenberq, gələcəkdə danışıqlar masasına gəldikdə Ukraynanın meydanda qazandığı qazanclarla güclü əlinin olması lazımdır".

Stoltenberq qeyd edib ki, ABŞ, Almaniya, Fransa, Kanada, Danimarka, Hollandiya və İsveç hava hücumundan müdafiə, piyada döyüş maşınları və zirehli texnika yardımını alqışlayır, Britaniya, Fransa və Polşa isə əsas döyüş tankları ilə təmin etməyə hazırdır.

Stoltenberq NATO müttəfiqlərini və digər tərəfdaşlarını Ukraynaya oxşar hərbi yardım göstərməyə çağırıb.

Oxşar xəbərlər
OTACI