Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski müttəfiqlərə çağırış edib: “Vaxt itirmək olmaz”

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vaxt itirmək olmaz”.

Press.az  UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında deyib.

O bildirib ki, Rusiya qoşunları yenidən qruplaşırlar: “Ona görə cəld davranmaq lazımdır”.

Dövlət başçısı müttəfiqlərdən F-16 qırıcıları, uzaqmənzilli raketlər və tanklar istəyib.

Zelenski həmçinin, dəstəyə görə müttəfiqlərə təşəkkür edib: "Göndərilən yardım Ukraynanı Rusiya terrorundan xilas edir: Lakin vaxt mühüm məsələdir. Odur ki, bizim çox az vaxtımız var. Yardım daha da sürətlənməlidir. Rusiya ümumbəşəri dəyərləri məhv etmək istəyir. Müdafiə üçün Ukraynaya yüzlərlə tank lazımdır. Zaman müttəfiqlərin ümumi silahına çevrilməlidir".

 

Oxşar xəbərlər
OTACI