“Trabzonspor” futbolçusu Emrehan Gediklini icarəyə verib.
Press.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı hücimçu karyerasını “Austriya”da (Lustenau, Avstriya) davam etdirəcək. Onunla bu mövsümü sonunadək müqavilə imzalanıb.
Xatırladaq ki, Emrehan Gedikli “Trabzonspor” ötən mövsüm Almaniyanın “Bayer” klubundan 800 min avro qarşılığında transfer olunmuşdu. Onun Trabzon klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.