Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda hökumətlə parlament yanacağın qiymətində razılaşa bilmir

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İran hökuməti enerjidaşıyıcılarının, o cümlədən benzinin qiymətini qaldırsa, onda bazar alovlanacaq, insanlar üçün iqtisadi problemlər yaranacaq”.

Press.az  “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin Energetika komissiyasının üzvü Qasim Saedi bildirib.

Deputat qeyd edib ki, enerjidaşıyıclarının, xüsusilə benzinin qiymətinin artması başqa malların və xidmətin də qiymətlərinin qalxmasına birbaşa təsir göstərir: “Hökumət heç bir halda enerjidaşıyıcılarının qiymətini artırmamalıdır”.

Q.Saedi əhalinin güzəranının ağırlaşmasından danışmasa da, üstüörtülü şəkildə buna işarə edib: “İndi biz insanların həyat şəraitini yaxşılaşdırmağa, bazarı idarə etməyə çalışmalıyıq. Cəmiyyətin ən zəif təbəqələrinin həyatını yaxşılaşdırmaq yollarını nəzərdən keçirmək lazımdır”.

O, hökumətin benzin və başqa yanacaq məhsullarının bahalaşması planını parlamentin qəbul etmədiyini vurğulayıb.

Xatırladaq ki, hazırda İran parlamenti 2023-cü il, İran təqvimi ilə 1402-ci il (martın 21-dən başlayır) üçün dövlət büdcəsini müzakirə edir.

Mütəxəssislər hesab edirlər ki, ölkədə son aylar milli valyutanın inflyasiyasının proqnozlaşdırıldığından çox olması iqtisadiyyatda ciddi problem yaradıb. Bundan başqa, İran iqtisadiyyatına, o cümlədən təbii qaz hasilatı sahəsinə xarici sərmayənin qoyulmaması, yaxud azlığı gəlirləri sürətlə azaldıb. Etiraz aksiyaları, bahalıq, iqtisadiyyatda yaranan tənəzzül İran hakimiyyəti üçün arzuolunmaz vəziyyəti yetişdirib. Hökumət çıxış yollarından biri kimi yanacağın, o cümlədən benzinin qiymətini qaldırmaqda görür.

Oxşar xəbərlər
OTACI