Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ramzan Kadırov: "Bu, üçüncü dünya müharibəsidir"

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, əgər Rusiyanın əleyhdarlarını dünya birliyi adlandırsaq, Ukraynadakı münaqişə üçüncü dünya müharibəsi sayıla bilər.

Press.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, köməkçisi Apta Alaudinovun sosial şəbəkədəki səhifəsində canlı yayım zamanı bildirib.

Kadırovun sözlərinə görə, hazırda Ukraynadakı münaqişədə “NATO bloku və digər əlaqəli dövlətlər” iştirak edir.

“Əgər bu dövlətləri dünya birliyi adlandırsaq, onda deyə bilərik ki, bu, üçüncü dünya müharibəsidir”, - Çeçenistan rəhbəri bildirib.

O, həmçinin Çin, Hindistan və Pakistan kimi böyük ölkələrin “hərbi münaqişələrdə” iştirak etmədiyini vurğulayıb.

Oxşar xəbərlər
OTACI