Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyə rəhbərliyi Rusiya ilə tamhüquqlu dialoq aparmaq imkanını saxlamalı və Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynamalıdır”.

Press.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar yanvarın 16-da Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ilə kimsə danışmalıdır: “Dialoq olmazsa, çıxılmaz vəziyyətə düşəcəyik. Qərbdən Prezidentimizə (Rəcəb Tayyib Ərdoğana) minnətdarlıq gözləməliyik”.

Nazir bildirib ki, son bir ildə Rəcəb Tayyib Ərdoğan tez-tez Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçi kimi çıxış edib: “O, Ukrayna lideri Vladimir Zelenski ilə danışdıqdan qısa müddət sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayıb, Kiyevdən Moskvaya mesajlar ötürüb”.

Oxşar xəbərlər
OTACI