Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ tornadolara məruz qalıb, ölənlər var

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-nin cənub-şərqində baş verən tornado nəticəsində azı 9 nəfər həlak olub. Ölənlərin sayının artacağı gözlənilir.

Press.az  “Reuters”ə istinadən xəbər verir ki, onlarla evin tamamilə dağılıb, on minlərlə evin işıqsız qalıb.

Milli Meteorologiya Xidmətinin meteoroloqu Cessika Lousun sözlərinə görə, mərkəzi Alabamada ən azı beş tornado qeydə alınıb. Xilasetmə qrupları itkin düşənlərlə bağlı Alabama ştatının 7 nəfərin öldüyü Otauqa dairəsində axtarış aparıb.

Corciyanın qubernatoru Brayan Kemp cümə axşamı fırtınada iki nəfərin öldüyünü təsdiqləyib. Batts Leysi Prü dairəsinin koronerinin sözlərinə görə, 5 yaşlı uşaq avtomobilin üzərinə ağacın düşməsi nəticəsində ölüb, yanındakı digər şəxsin isə vəziyyəti ağırdır.

Alabama qubernatoru Key Ayvi cümə axşamı regionun altı dairəsində fövqəladə vəziyyət elan edib.

Oxşar xəbərlər
OTACI